11 Aprel 2023 15:58
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almaniyaya sığınmaq məcburiyyətində qalan Ukrayna vətəndaşı olan azərbaycanlıların bir qrupu Ukraynaya qayıdıb.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, ötən gün Ukraynaya geri qayıtmaq istəyənlər Almaniyanın Duisburq şəhər vağzalına toplaşıblar. Geri dönmək istəyənlərin sırasında ümumilikdə 11 azərbaycanlı olub.

Polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yoxlanılan şəxslər avtobusa mindirilərək, yola düşüblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, müharibə səbəbindən edilən xəbərdarlığa baxmayaraq, son iki ayda Ukraynaya geri qayıdan insanların sayında artım qeydə alınıb.

BAMF-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi geri dönən Ukrayna vətəndaşlarının sayı on minə yaxındır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər