12 Aprel 2023 11:03
3 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mediaya sızan məxfi sənədlərində Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin mümkün ölümləri nəzərdən keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazır.

“Kəşfiyyat Agentliyinin təhlili dörd qəddar ssenarini və bunların Ukraynadakı müharibənin gedişatına necə təsir göstərə biləcəyini ehtiva edir. Hipotetik ssenarilərə prezidentlər Putin və Zelenskinin ölümləri də daxildir”, - nəşrdə deyilir.

Pentaqonun sənədlərində müharibənin böyük ehtimalla uzanacağı bildirilir.

Pentaqon həm müharibənin yeni eskalasiyasını, həm də sülh yolu ilə həllini mümkün hesab edir. Ssenarinin xüsusi xidmət orqanları tərəfindən hazırlandığı vurğulanır.

ABŞ-da məxfi sənədlərin kütləvi şəkildə sızması aprelin əvvəlində məlum olub. Buna ilk olaraq “Nyu-York Tayms” diqqət çəkib. Nəşrin məlumatına görə, internetə ABŞ kəşfiyyatının və Pentaqonun 100-dən çox məxfi sənədi ötürülüb.

Sızdırılan sənədlər arasında Rusiya, Ukrayna, Çin, İran, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və İsraillə bağlı kəşfiyyat materialları, həmçinin xəritələr, brifinq slaydları və sair yer alıb. ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər