12 Aprel 2023 12:58
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriya qanadı olan SDQ-nin lideri Fərhad Abdi Şahinin (Mazlum Kobani) İraqda Süleymaniyyə şəhərində dronlarla hədəfə alındığı, həmin vaxt onu 3 ABŞ hərbçisinin müşayiət etdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının sözçüsü Co Buççino açıqlama verib.

“Süleymaniyyədə konvoya hücum edildiyini təsdiq edə bilərəm. Konvoyda ABŞ hərbçiləri də olub. Ölən və yaralananlar yoxdur. Hazırda hücumu araşdırırıq”, - Buççino deyib.

TRT telekanlı məsələ ilə əlaqədar ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelə sual ünvanlayıb. Ondan Suriyadan Şimali İraqa son səfəri zamanı ABŞ-ın Mazlum Kobaniyə müdafiə təklif edib-etmədiyi soruşulub. Patel məsələ ilə bağlı məlumatının olmadığını bildirərək cavab verməkdən imtina edib.

PKK terror təşkilatının siyasi qolu HDP Abdi Şahinin hədəfə alınmasını qınayıb.

“Sky News Arabia”ya danışan bir Pentaqon rəsmisi isə baş verənlərə görə Türkiyəni hədələyib:

“Vaşinqton YPG/PYD lideri Mazlum Abdini PUA-larla hədəfə alan türk liderləri cəzalandırmağı düşünür”.

Amerikalı general Metyu Makfarleyn ötən günlərdə Suriyanın şimalında baş terrorçu ilə görüşmüşdü. Generalın bu skandal təmasıTürkiyə tərəfindən etirazla qarşılanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər