Belarus prezidenti Aleksndr Lukaşenko öz ölkəsinin məhsullarının Rusiya bazarına ixracı mövzusunda Vladimir Putinlə danışdığını deyərək, Rusiya ilə düşmənçilik etmədiklərini vurğulayıb.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatna görə, Rusiya ilə aralarında yaşananları anlaşılmazlıq adlandırıb və bu anlaşılmazlığın gələcəkdə davam etməsini də mümkün sayıb.
Bununla yanaşı, ənənəvi ritorikasına sadiq qalan Lukaşenko rus ixracatçılarının onlarla rəqabət aparmaq gücündə olmadığını söyləyib:
“İşimiz çətindir. Ancaq bu, bizim birinci anlaşılmazlığımız deyil. Bu o demək deyil ki, biz düşmənik. Biz dostuq. Narahatlıq keçirdiyimiz məsələləri vaxtında bildiririk. Bu anlaşılmazlığın bundan sonra da davam etməsi normaldır. Aramızda heç vaxt qarşıdurma olmayacağını deməyimiz ağ yalan olar”