“Ukrayna Silahlı Qüvvələri yay aylarında əks-hücuma keçə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna ordusu həmin əməliyyata tam hazır deyil.
“Bütün dostlarımız və tərəfdaşlarımız yaxşı bilirlər ki, əks-hücuma keçmək üçün yüz faiz və ya ondan da artıq hazır olmaq lazımdır”, - Şmıqal bildirib.
Baş nazir qeyd edib ki, Ukrayna əks-hücumun başlamasını sürətləndirmək üçün Qərbdən təzyiq hiss etmir, amma onun fikrincə, bu cür təzyiq ukraynalıların özlərindən gəlir.