12 Aprel 2023 17:52
2 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın üzvlüyündən sonra hələ də NATO qapısında gözləyən İsveç Macarıstana qəzəblidir.

Teleqraf.com xəbər verir ki, Rusiya ilə yaxın münasibətləri və İsveçin NATO-ya üzvlüklə bağlı mövqeyinə görə Macarıstan tez-tez Qərbin tənqid oxlarının hədəfinə çevrilir.

“Politico” qəzeti bu haqda yazır ki, Macarıstanın İsveçin NATO-ya üzvlüyünə mane olması Qərbi təəccübləndirir və qəzəbləndirir. Nəşr Macarıstanın NATO-dakı müttəfiqlərini məyus etdiyini bildirir.

Təhlildə Baş nazir Viktor Orbanın Prezident Rəcəb Tayyib Ərdoğan qədər ciddi alınmadığı, buna baxmayaraq, Macarıstanın İsveç məsələsində Türkiyənin arxasınca getdiyi deyilir:

“Aylarla gecikmələrdən sonra macar millət vəkilləri Finlandiyanın NATO üzvlüyünü Türkiyədən bir qədər əvvəl ratifikasiya etdilər. Bununla belə, ölkə İsveçlə bağlı qərarı gecikdirən Türkiyənın ardınca gedir. Rəsmilər və ekspertlər pərdə arxasında Budapeştin bu addımının daxili siyasi hesablamalardan kənarda Ankara və Moskva ilə əlaqələrə əsaslandığını deyirlər.

Qərb müttəfiqləri Macarıstan Baş naziri Viktor Orbanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan daha az ciddi qəbul etdiklərini söyləyirlər. Müttəfiqlər Macarıstanın daim dəyişən ritorikasını başa düşməkdə çətinlik çəkirlər”.

Xəbərdə Macarıstanın Türkiyəni dost və nümunə kimi gördüyü də vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər