13 Aprel 2023 13:53
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan, Rusiya, Çin və İran xarici işlər nazirləri Özbəkistanın paytaxtı Səmərqənddə bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Nazirlər Rabbani Kxar, Sergey Lavrov, Qin Qan və Hüseyn Əmir Abdullahiyan arasında keçirilən görüş qapalı formatda baş tutub.

Aprelin 13-də Səmərqənddə Rusiya, Çin, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan və İran xarici işlər nazirlərinin iştirakı ilə Əfqanıstana qonşu dövlətlərin nazirlərinin konfransı keçirilir.

Əfqanıstana həsr olunmuş konfransla yanaşı, aprelin 14-də Lavrov MDB ölkələrinin xarici işlər nazirlərinin məsləhətləşməsində və Rusiya-Mərkəzi Asiya formatında nazirlərin görüşündə iştirak edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər