13 Aprel 2023 16:35
2 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara dəniz heç vaxt NATO dənizinə çevrilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun fikrincə, akvatoriya bütün sahilyanı ölkələr üçün əməkdaşlıq və qarşılıqlı əlaqə dənizi olaraq qalmalıdır.

“Əlbəttə, bunu diqqətdə saxlayırıq. Bəyanatın özü iki ziddiyyətə əsaslanır. NATO və demilitarizasiya bir-birini istisna edən anlayışlardır. Qara dəniz heç vaxt NATO dənizi olmayacaq, ümumi dənizdir”, - Dmitri Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, akvatoriya Qara dəniz sahilindəki dövlətlər üçün təhlükəsizlik və əməkdaşlıq zonasına çevrilməlidir.

Bundan əvvəl Ukrayna xarici işlər naziri Dmitri Kuleba Buxarestdə təhlükəsizlik konfransı zamanı Qara dənizin demilitarizasiyası və onu NATO dənizinə çevirməyin zəruri olduğunu söyləyib.

NATO üzvləri Türkiyə, Rumıniya və Bolqarıstanın Qara dənizə çıxışları var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər