Gürcüstan Prezidenti Salome Zurabişvilinin Strasburqa səfəri təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.
Bildirilib ki, Prezident Salome Zurabişvilinin Avropa Parlamentində çıxış məqsədilə aprelin 18-nə planlaşdırılan səfəri təxirə salınıb.
Bunun səbəbi kimi, Gürcüstan hökumətinin səfərə icazə verməməsi göstərilir.