14 Aprel 2023 10:47
3 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” hərbçiləri və muzdluları ilə qarşılıqlı fəaliyyəti yaxşılaşdırdıqları üçün Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərinə hücumlarını gücləndiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının məlumatında deyilir.

Məlumata görə, Ukrayna müdafiə qüvvələri hələ də şəhərin qərb rayonlarını saxlayır. Amma son iki gündə Rusiya qüvvələrinin intensiv artilleriya zərbələrinə məruz qalırlar.

“Vaqner”in briqadaları əsas hücumu şəhərin mərkəzindən keçirməyə çalışırlar. Eyni zamanda, Rusiya hava-desant qoşunları “Vaqner” qüvvələrinin bir hissəsini şimal və cənub cinahlarda əvəzləyib”, - kəşfiyyat bildirir.

Britaniya kəşfiyyatına görə, Ukrayna Silahlı Qüvvələri ciddi təchizat problemləri ilə üzləşiblər, amma təslim olmaq məcburiyyətində qaldıqları mövqeləri sistematik olaraq tərk edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər