14 Aprel 2023 12:02
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizi də daxil olmaqla bir çox kritik bölgədə “mümkünsüz” deyilən addımları ataraq bu ölkəyə qarşı çıxanların çirkin planlarını alt-üst edib.

Teleqraf.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, Türkiyənin artan gücünü, sabitliyini və müstəqil xarici siyasətini hədəfə alan Qərb 14 may seçkilərini özü üçün “fürsət” kimi görür.

Yunanıstanda müdafiə sənayesindəki irəliləyişlərdən narahat olan bir yunan jurnalist canlı yayımda Prezident Ərdoğanı skandal ifadələrlə təhdid edib:

“Gəmilər 36 ay sonra 3 fərqli tərsanədə eyni vaxtda təhvil veriləcək. Türkiyə sahib olduqlarından geri addım atmır. Onların planlaşdırması məntiqlidir, ya yox? Siz qərar verin. Qonşular Şərqi Aralıq dənizində hökmranlıq etmək istəyirlər. Bu mesaj təkcə bizə yox, İsrail və Misirə də yönəlib. Ərdoğan növbəti 10 ildə hakimiyyətdə qalsa, bu durum xoşagəlməz sürprizlər gətirə bilər. Ona görə də Ərdoğan rejimi qalsa, seçkilərdən dərhal sonra vurulmalıdır. Biz realizm dilində danışırıq, nə empatiyamız var, nə də başqa bir şey”.

Prezident Rəcəb Tayyib Ərdoğan ötən günlərdə belə bir açıqlama vermişdi:

“Türkiyə bu seçki ilə Qərbə mesaj verəcək. Bu mesajı çox yaxşı dəyərləndirməliyik. Bu ölkə artıq nə terrorla mübarizə apararkən, nə də öz iqtisadi siyasətini müəyyən edərkən Qərbin nə deyəcəyinə baxır. Bizdə belə problem varmı? Yoxdur. Biz indi öz işimizlə məşğuluq.

Əgər müdafiə sənayesində yerlilik nisbəti 20 faizdən 80 faizə yüksəlibsə, bu, uğurlu addımdır. Diqqət edirsinizsə, Qərb Ərdoğanın əleyhinə olduğunu deyir. Ərdoğana qarşı açılan bu cəbhə millətimizə qarşı açılıb. Millətim bu oyunu mayın 14-də pozacaq. 14 may qırılma nöqtəsi olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər