14 Aprel 2023 12:40
4 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya və Çinə qarşı qarşıdurmasında qonşusu Kanadanın dəstəyinə də arxalanır. Kanada Asiya bölgəsində NATO-ya bənzər strukturun yaradılması təklifini irəli sürüb. Söhbət dörd dövlətin – ABŞ, Kanada, Cənubi və Yaponiyanın birliyindən gedir. Bu ABŞ, Asvtraliya, Hindistan və Yaponiya birliyinə bənzəməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinə görə, Asiyada mövcud olan və planlanan birliklər Çinə qarşıdır:

“Pekin bu dövlətlərin nəticə əldə etməyəcəklərinə dair onları xəbərdar edib. Kanadanın təklif etdiyi birlik Çinlə yanaşı, Rusiyanı da hədəf götürüb. “Kyodo” agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumatına görə, Kanadanın yeni birlik barədə təklifi Yaponiya Baş naziri Fumio Kişidaya yanvarda Ottavaya səfəri zamanı təqdim edilib.

Vaşinqton Kanadanın təklifini bəyənib. ABŞ adminstrasiyası son zamanlar Yaponiya ilə Cənubi Koreya arasında artan dialoqdan məmnundur. Cənubi Koreya lideri Yun Sok Yol Tokio ilə əməkdaşlığı dərinləşdirməyə çalışır. Bu, Yaponiyanın da maraqlarına cavab verir. Halbuki İkinci Dünya müharibəsindən sonra iki ölkə arasında uzun onilliklər münasibətlər gərgin olub. Dünya müharibəsi illərində Yaponiya Cənubi Koreyanı işğal etmiş və koreyalılar xeyli itki vermişdilər. İndinin özündə də iki ölkə arasında həll olunmamış məsələlər var.

Seul müharibənin ağır nəticələrinə görə Tokiodan kompensasiya tələb edir. Mövcud problemlərə baxmayaraq, iki ölkə arasında dialoq genişlənib. Məsələn, iki ölkə bir neçə il əvvəl kəşfiyyat məlumatlarını bölüşmək barədə qərar verib.

Yaponiya ilə Cənubi Koreyanın əməkdaşlığa sövq edən iki mail var. Birinci amil, Şimali Koreyanın nüvə başlıqlı raketlərin və bölgədə sınaqların sayını artırmasıdır. Bu həm Cənubi Koreya, həm də Yaponiyaya ciddi təhlükə yaradır. İkinci amil, Çinin bölgədə artan hərbi gücüdür. Cənubi Koreyanın Yaponiya ilə yaxınlaşmasını Vaşinqtonla yanaşı, Ottava da dəstəkləyir.

Mayda Yaponiyanın Xirosimo şəhərində “Böyük Yeddilər”in sammiti keçiriləcək. Tokio sammitə Cənubi Koreya liderini də dəvət etməyi planlaşdırır. Sammitdə Ottava ilə Vaşinqtonun yeni birliyin yaradılması mövzusu da müzakirə olunacaq. Bu təklif dəstəklənsə də, reallaşması üçün zaman lazımdır”.

Təhlildə qeyd olunur ki, Ottava ilə Pekinin münasibətləri 2018-ci ildən gərginləşib:

“Həmin il Kanadanın Vankuver şəhərində Çinə məxsus “Huawei Technologies” şirkətinin maliyyə direktoru həbs olunub. Çin vətəndaşının ABŞ-ın İrana qarşı sanksiya əleyhinə fəaliyyət göstərdiyi bildirilmişdi. Pekin buna cavab olaraq, Kanadanın Çindəki iki iş adamını həbs etdi. Bundan sonra həbs olunan şəxslərin hamısı azad olundu və öz ölkələrinə qayıtdılar. Ancaq bu, Kanada ilə Çin arasında münasibətlərin normallaşmasına şərait yaratmadı.

Kanada ötən ildən başlayaraq, Asiya və Sakit okean bölgəsində Çinə qarşı daha fəal siyasət yürütmənin vacibliyini irəli sürüb. Kanada bölgə ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, Çinə müqavimət göstərən ölkələrə hərbi dəstəyi artırmağı da qərarlaşdırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər