14 Aprel 2023 13:35
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili Strasburq (Fransa) səfərini hökumət ona icazə vermədiyi üçün ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Zurabişvili aprelin 18-də Strasburqa getməli, Avropa Parlamentində çıxış etməli idi. Prezident səfərin ləğvinin Gürcüstan hökumətinin imtinası ilə bağlı olduğunu bildirib.

Son vaxtlar bəzi fundamental məsələlərlə bağlı İrakli Qaribaşvili hökumətilə Prezident Zurabişvili arasında fikir ayrılıqları yaşanır. Məsələn, prezident Rusiya vətəndaşlarının Gürcüstana sərbəst axınının əleyhinədir, eləcə də Ukraynanın müxtəlif istiqamətlərdə dəstəklənməsinin tərəfdarıdır. Hökumət isə əks mövqedədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər