“Müharibədə qələbə həm Ukrayna, həm də Rusiya üçün fəlakət olacaq, ona görə də sülh danışıqlarına dərhal başlamaq lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın Milli Cəbhə Partiyasının lideri Marin Le Pen deyib.
“Əgər Rusiya müharibədə qalib gəlsə, bu, fəlakət olacaq, çünki ərazi münaqişəsi olan bütün ölkələr bunu silahla həll edə biləcəklərini düşünəcəklər. Əgər Ukrayna qalib gəlsə, bu, NATO-nun müharibəyə girməsi demək olacaq. Çünki əminəm ki, Ukrayna NATO-nun gücü olmadan Rusiyanı hərbi cəhətdən məğlub edə bilməz. Bu isə Üçüncü Dünya Müharibəsinin başlayacağı anlamına gələcək”, - siyasətçi bildirib.
Le Pen qeyd edib ki, tərəflər təcili sülh danışıqlarına başlamalıdır, amma bunun nəticəsinin nə olacağını bilmir: “Mən burada, qəhvə masasında sizə sülh planı təqdim etməyəcəm”.