Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.
Teleqraf.com-un məlumatına görə, V. Putin təbrikində son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında önəmli uğurların əldə olunduğunu məmnunluqla qeyd edib.
“Fikrimcə, 2015-ci ildə də dövlətlərarası tərəfdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin təminatının maraqları naminə uğurla inkişaf edəcək”, - deyə Rusiya prezidenti qeyd edib.
Qeyd edək ki, V. Putin digər MDB ölkələrinin liderlərinə, o cümlədən, Ukrayna prezidenti Petro Poroşenkoya da Yeni il münasibətilə təbrik ünvanlayıb.