16 Aprel 2023 23:27
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyanın şimalında "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyatları bölgələrindəki bazalarına terrorçular tərəfindən hücum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, PKK/YPG terrorçuları bazaların ərazilərini minaatanlar və reaktiv yaylım atəş sistemi ilə atəşə tutublar. İnsident nəticəsində 4 hərbçi yaralanıb.

Bildirilir ki, yaralı hərbçilər təxliyə edilərək Kilis Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edilib ki, terrorçuların müəyyən edilmiş hədəflərinə Türkiyə ordusu tərəfindən zərbələr endirilir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər