Sudanın paytaxtı Xartumda silahlı toqquşmalarla bağlı xəbərlərin yayılmasından sonra BMT-nin baş katibi Antonio Quterreş və baş katibin Sudan üzrə xüsusi nümayəndəsi zorakılığı kəskin şəkildə pisləyən bəyanatlar verib.
Teleqraf.com xəbər verir ki, BMT rəhbəri Çevik Müdaxilə Qüvvələrinin və Sudan ordusunun rəhbərlərini “dərhal hərbi əməliyyatları dayandırmağa, asayişi bərpa etməyə və dialoqa başlamağa” çağırıb.