Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə hər il keçirilən Beynəlxalq Ordu Oyunları bu il keçirilməyəcək.
Teleqraf.com xəbər verir ki, məlumata görə, Beynəlxalq Ordu Oyunlarının iki ildən bir keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları hər il ənənəvi olaraq avqustun sonunda keçirilir. "Tank biatlonu", "Dəniz kuboku" və digər müsabiqələri daxil olduğu turnir Rusiya, Azərbaycan, Qazaxıstan və digər MDB ölkələrində keçirilir.