Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Xerson vilayətinə səfər edib, “Dnepr” qoşun qruplaşmasının qərargahında olub.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, məlumatı aprelin 18-də Rusiya Prezidentin Mətbuat xidməti yayıb.
V.Putin “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplincki və başqa hərbi rəislərin məruzələrini dinləyib.