18 Aprel 2023 14:14
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan İranın sonuncu şahının oğlu Rza Pəhləvi dünən İsrailə gəlib.

Teleqraf.com xəbər verir ki, devrilmiş taxtın vəliəhdi indiyə qədər yəhudi dövlətinə açıq səfər etmiş ən yüksək rütbəli iranlıdır.

Pəhləvi Yerusəlimdəki Yad Vaşem Holokost Muzeyində baş tutan Holokostu Anma Gününün başlanması ilə bağlı rəsmi dövlət mərasimində iştirak edib.

Mərasimdən sonra açıqlama verən Pəhləvi Tehrandakı rejimin İran xalqını təmsil etmədiyini deyib. Onun sözlərinə görə, hazırkı İran rejimi Holokostu tanımadığından, xalqı adından İsrailə dəstəyini göstərməyi şəxsən öz vəzifəsi hesab edir.

“Bu gün, Holokostu inkar edən bir rejimə malik olduğumuz zaman, Holokost qurbanlarının xatirəsini ehtiramla yad etmək və yəhudi xalqına ehtiram göstərmək üçün burada həmyerlilərimi təmsil etmək mənim borcumdur”, - Rza Pəhləvi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər