“İndi kimsə çıxıb bizə səccadə nağılı kimi, imperializm nağılından danışır. Bu nağılı kim uydurub? Terror təşkilatları ilə qol-qola gəzən adam. Bay Kamal, Londondan nə qədər pul aldın ki, gəldin? Aldınmı? Bay Kamal indi öz iyrənc üslubu ilə bizə anti-imperializmdən mühazirə oxumağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri seçkidə Kamal Kılıçdaroğlunu dəstəkləyən keçmiş iqtisadiyyat naziri, DEVA partiyasının sədri Əli Babacanla bağlı da danışıb:
“Baş nazir olanda Davosda yanımda başqa biri vardı, iqtisadiyyatla maraqlanırdı, bu vəzifəni ona vermişdik. BVF rəhbərinə dedim ki, adamlarınızı göndərirsiniz, bizdən faizləri alırsınızmı? Faziləri ala bilərsiniz, amma Türkiyəni ala bilməzsiniz, çünki Türkiyəni mən idarə edirəm. Yanımızda bəbəcan (Əli Babacan) vardı.
2013-cü ildə bütün ödənişləri bitirdik, BVF ilə yollarımızı ayırdıq. Bu, AKP-dir. Bay Kamalın adamları otellərdə görüşlər keçirdi, dedilər, BVF-dən pul almaq lazımdır. Biz etmədik. 2013-cü ildən sonra BVF ilə heç bir əlaqəmiz yoxdur. Bizim Mərkəzi Bankın o zaman ehtiyatı 27 milyard yarım dollar idi.
İyulun 15-nə keçən gecə (FETÖ-nün çevriliş cəhdi) bay Kamal tankların arasından qaçaraq bələdiyyə sədrinin evinə gedəndə biz xalqımızın yanında idik. Faiz lobbilərinə imkan verməyərək imperialistlərin kranlarını bağladıq. Müdafiə sənayesində yerliləşməni 80 faizə çatdırmışıq. “TCG Anadolu” ictimaiyyətə açıldı. Amma bu CHP, masanın ətrafındakı “Yeddilər” “TCG Anadolu”ya hirslənir. Biz etdik, çünki onlar bacarmazdılar”.