“Sonuncu terrorçunu da zərərsizləşdirərək, uca millətimizi bu terror bəlasından xilas edəcəyik. Qətiyyətli və qərarlıyıq, əməliyyatlar davam edir. Terrorçuların heç bir hücumu cavabsız qalmır, lazımi cavab verilir, əsgərlərimiz çətin relyef və iqlim şəraitində mübarizəsini uğurla aparır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
Nazir Suriyanın şimalındakı baza ərazilərinə hücum cəhdindən sonra 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb:
“Əsgərlərimiz terrorçuların “girilməz” dedikləri yerlərə girməyə, “çıxılmaz” dedikləri yerlərə çıxmağa davam edir. Terror yuvaları və düşərgələrinin dağıdılması prosesi davamlı olaraq aparılır. Əsgərlərimiz dünən İraqın şimalındakı Zap bölgəsində terrorçuların “qala” olaraq gördüyü və “girilməz” dedikləri Çəmçö adlı mağaraya da girib. Çoxlu sayda silah-sursat ələ keçirilib”.
Türkiyənin İraq və Suriya başda olmaqla bütün qonşularının ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyini bildirən Akar sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.