18 Aprel 2023 20:00
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 18-də Pekinin Çanqfenq xəstəxanasında yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, xilasedicilər stasionar şöbənin şərq qanadında yanğın barədə məlumat alıblar. Dərhal hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polis gəlib.

21 nəfərin öldüyü, daha 71 xəstənin təxliyə edildiyi məlum olub.

Hadisə şahidi bildirib ki, tüstüdən və yanğından xilas olmağa çalışan çoxlu sayda insan binanın pəncərələrindən çıxıb.

Artıq yanğın tamamilə söndürülüb.

İnsidentin baş vermə səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər