19 Aprel 2023 10:04
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya aviasiyası gecə saatlarında “Şahid” kamikadze dronları (İran istehsalı) ilə Ukraynanın Odessa vilayətinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ukrayna ordusunun “Cənub” Komandanlığının zenit-raket briqadası 12 “Şahid-136” və “Şahid-131” pilotsuz uçan aparatından 10-nu məhv edib.

Odessa regional hərbi idarəsinin rəhbəri Yuri Kruk bildirib ki, ruslar İran dronları ilə infrastrukturu hədəfə alıb:

“Düşmən gecə saatlarında “Şahid-136” tipli PUA-larla Odessaya hücum edib. Müdafiə qüvvələrimizin uğurlu fəaliyyəti sayəsində düşmənə məxsus PUA-ların əksəriyyəti məhv edilib, amma təəssüf ki, ictimai infrastruktura zərbələr endirilib. Zərbələr nəticəsində heç kim xəsarət almayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər