19 Aprel 2023 10:20
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Luqansk və Xerson vilayətlərinin işğal olunmuş ərazilərinə səfəri ilə bir neçə məqsəd güdürdü.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklərə görə, Putin işğal olunmuş ərazilərə səfəri zamanı Ukrayna ordusunun qarşıdan gələn əks-hücumu fonunda özünü hərbi lider kimi göstərməyə çalışır:

“Ukrayna Prezidenti Vladimir Zelenski bu günlərdə Avdivdə cəbhə xəttinə gəlmişdi, buna görə də Kremlin onun səfərinə kölgə salmaq üçün Putinin səfəri ilə bağlı məlumatları qəsdən yayması mümkündür”.

Bundan əlavə, ekspertlər hesab edirlər ki, Putinin səfəri həm də Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu ərəfəsində potensial “günah keçiləri”ni açıq şəkildə müəyyən etmək məqsədi daşıyır.

ISW-nin məlumatına görə, Putin, Kreml və hərbi elitalar Ukraynanın mümkün əks-hücum əməliyyatını getdikcə daha çox müzakirə edir: “Çox güman ki, Kreml Rusiyanın informasiya məkanını ya hərbi uğursuzluqlara, ya da əks-hücum təhlükəsini dəf etməyə hazırlayır”.

Bundan əlavə, təhlildə deyilir ki, Rusiya liderinin ordu rəhbərləri ilə açıq görüşləri komandanlıqda və ola bilsin, Kremlin yaxın çevrəsində gözlənilən müntəzəm dəyişiklikləri təsdiqləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər