İsveç Baş naziri Ulf Kristersson Finlandiyanın NATO üzvlüyünün təsdiqlənməsinə sevindiyini deyib.
Teleqraf.com xəbər verir ki, baş nazir İsveçlə bağlı qərarın Türkiyədən asılı olduğunu açıqlayıb.
“NATO-da olmadığımıza görə kədərimizi də bildirdim. Hazırda ölkə olaraq çox təhlükəli vəziyyətdə yaşayırıq, bunu anlamağın vaxtıdır. İndi iş tamamilə Türkiyədən asılıdır. Türkiyənin qərarına böyük hörmətlə yanaşıram”, - Kristersson bildirib.
Baş nazir Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməməsini məsuliyyətsiz hərəkət kimi görmədiklərini söyləyib: “İyunun 1-də qüvvəyə minəcək terror qanunu var, o zaman Türkiyəyə verdiyimiz sözləri yerinə yetirmiş olacağıq”.