19 Aprel 2023 12:14
3 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Türkiyədə keçiriləcək seçkilər yaxınlaşdıqca müxalifətin “Yeddilik” bloku ilə PKK terror təşkilatı arasındakı çirkin əlaqələr üzə çıxmağa davam edir.

Teleqraf.com xəbər verir ki, PKK-nin siyasi qanadı HDP ilə razılaşaraq “Yeddilik”in namizədi olan CHP sədri Kamal Kılıçdaroğluna Qəndildən ard-arda isti mesajlar gəlir.

Baş terrorçu Duran Kalkan son açıqlamasında Kılıçdaoroğlunu dəstəkləmələrinin səbəbini açıq şəkildə etiraf edib. PKK lideri Türkiyənin terror təşkilatını küncə sıxışdırdığını və yüzlərlə terrorçunun zərərsizləşdirildiyini bildirib. Bunun dayandırılması üçün yeganə yolu kimi Kılıçdaroğlunu göstərib.

“Hər gün, hər yerdə bizi güllələyirlər, hamımızı öldürəcəklər. PKK rəhbərliyini vurmaq üçün səfərbər olublar. “Öldürəcəm” deyirlər, öldürürlər. Hər gün onlarla itkilərimiz olur”, - baş terrorçu söyləyib.

Duran Kalkan söyləyib ki, terrorçuların nəfəs alması üçün AKP və MHP-nin qurduğu Cümhur İttifaqı seçkilərdə mütləq məğlub olmalıdır.

PKK lideri “Yeddilik” bloku və CHP sədrini dəstəklədiklərini açıq formada bu sözlərlə etiraf edib:

“Deyirlər ki, PKK-dan dəstək gəlir. Bəli, PKK olaraq bütün azadlıqsevər və demokratik qüvvələri dəstəkləyirik. AKP-MHP faşizmini məhv edəcəyik, bu faşizm məhv olacaq. Bu seçim həqiqətən vacibdir. İkinci Yüz İlin Türkiyəsi belə olmamalıdır. Müxalifət də buna uyğun olmalıdır”.

Baş terrorçu bundan əvvəl müxalifəti AKP-ni devirməyə çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər