Filippində yeni il şənlikləri zamanı təşkil olunan atəşvəşanlıq faciə ilə nəticələnib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, fişənglərin partlaması nəticəsində 350 nəfərin yaralandığı bildirilib. Bu barədə ölkənin səhiyyə naziri Sanet Qarin açıqlama verib. Onun sözlərinə görə, yaralılardan 14-ü azyaşlıdır.
Qeyd edək ki, ötən il oxşar hadisə nəticəsində 793 nəfər yaralanıb, ikisi isə həyatını itirib.
Samir