20 Aprel 2023 00:44
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın pilotsuz uçuş aparatlarının istehsalında xüsusi əməyi olan bir şəxs və altı təşkilata sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin məhdudlaşdırıcı tədbirləri “Pardazan Systems” şirkətinin icraçı direktoru olan və şirkət tərəfindən sanksiyalardan yayınmağa cavabdeh olan İran vətəndaşı Mehdi Xoşqədəmə də aiddir.

“İranın pilotsuz təyyarələr və digər silahların yayılması Yaxın Şərqdə və ondan kənarda sabitliyi pozmağa davam edir”, - Nazirliyin bəyanatında qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər