Kiyev ətrafında güclü parıltı ilə müşayiət olunan partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə UNİAN xəbər yayıb.
Hadisədən dərhal sonra baş verən partlayışın yerə peyk düşməsi ilə əlaqəli olduğu bildirilib.
Ancaq NASA bunun peyk olduğunu inkar edib.
Kosmik agentlikdən bildirilib ki, Kiyev ətrafına düşən göy cismidir.
NASA-nın “Alpha Centauri” layihəsinin müəllifləri bildirib ki, həqiqətən də, 2002-2018-ci illər ərzində Günəşdəki partlayışları tədqiq eləmək üçün kosmosa göndərilmiş RHESSI peyki 19 aprel tarixində atmosferə daxil olmalı idi.
Ancaq onun düşmə trayektoriyası Ukraynadan çox uzaq coğrafiyaya hesablanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin qərargahı çərşənbə axşamı, yerli vaxtla saat 22:30-da Kiyev yaxınlığına fəzadan naməlum cisim düşməsi və qeyri-adi güclü işıqla müşayiət olunan partlayış faktını təsdiqləyib.
Düşmüş cisimin nə olduğu haqda araşdırma aparıldığı bildirilib.