Türkiyə prezidentinin müavini Fuad Oqtay mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Türkiyə rəsmisi Prezident Rəcəb Tayyib Ərdoğanın birinci turda qalib gələ biləcəyini deyib.
“Türkiyə ilə bağlı hədəflərimiz var, heç birindən vaz keçməmişik. Seçkilərdə birinci turda qalib gələcəyimizə əminik. Küçələrdən aldığımız rəylər əsasında “bu işi bitirəcəyik” deyirik. Düşünürük ki, bu işi ikinci tura buraxmaqla millətimizin gündəmini bununla məşğul etməyə ehtiyac yoxdur. Millətimizin uzaqgörənliyinə güvənirik. Millətimiz Ərdoğana balkon çıxışını etdirəcək, güclü dəstəklə hər iki seçkini başa vuracağıq. Deyə bilərəm ki, sorğularda irəlidəyik. Son 10-15 günün trendinə nəzər saldıqda fərqin Cümhur İttifaqının xeyrinə artdığını görürük” -, Fuad Oqtay bildirib.