“ABŞ-ın Türkiyəyə F-35 qırıcıları verməməsinin səbəbi təkcə F 35-lər deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş deyib.
Türkiyənin coğrafi mövqeyinə diqqət çəkən Kurtulmuş qeyd edib:
“Bu ölkə bundan daha yaxşılarını hazırlayacaq. Türkiyə olduğumuz bölgədə güclü olmalıdır. Təhsildə, sənətdə güclü olmalıyıq. F-35-ləri verməmələrinin tək səbəbi F-35-lər deyil. Belə davam edərsə, Türkiyə daha yaxşı vasitələr hazırlayacaq”.