“Prezident Vladimir Putinin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə səfəri Rusiyanın işlərinin yaxşı getmədiyini sübut edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
Onun sözlərinə görə, Putinin səfəri Rusiyanın Ukraynaya qarşı müharibədə vəziyyətinin o qədər də yaxşı olmadığından xəbər verir.
“Yəqin ki, ordusunun təsirsiz olduğunu bildiyi üçün əhalini sakitləşdirməyə çalışır”, - Jan-Pyer söyləyib.