20 Aprel 2023 13:25
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ MDB-də sabitliyi pozmaq üçün təxribatlar hazırlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev deyib.

“Təəssüf ki, belə məlumatlar var”, - MDB rəhbəri bildirib.

Onun sözlərinə görə, MDB ölkələrində sabitliyi pozmaq cəhdləri açıq-aşkardır, gizli deyil.

“Təəssüf ki, belə məlumatlar var. Üstəlik, birlik ölkələrində sabitliyi pozmağa yönəlmiş bu cəhdlər göz qabağındadır, gizlədilmir. Belarus prezidenti bu barədə bir neçə dəfə, Belarusla sərhəddə silahlı qüvvələrin toplanmasından, Belarus müxalifətinin intriqalarından danışıb. Minskdə artıq hakimiyyətin silahla ələ keçirilməsindən danışılır”, - baş katib vurğulayıb.

Lebedev Belarusda hakimiyyəti ələ keçirmək istəyən silahlı qüvvələrin Ukraynada döyüşdüklərini söyləyib.

“Yəni sabitliyi pozmaq üçün belə cəhdlər, belə bir istək var. ABŞ dövlət katibinin Mərkəzi Asiya ölkələrinə etdiyi son səfərləri və bəyanatları da onu göstərir ki, MDB-ni sındırmaq, MDB-ni dağıtmaq, birlik ölkələrini parçalamaq istəyi çox böyükdür. Əlbəttə, bunlar bizi narahat etməyə bilməz və bu baxımdan birlik ölkələri ölkələrimizə qarşı edilən bu təzyiqlərə qarşı durmaq üçün səylərini birləşdirməyə çalışırlar”, - MDB baş katibi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər