20 Aprel 2023 14:01
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MDB çərçivəsində hərbi yardımın göstərilməsini nəzərdə tutan heç bir müqavilə və ya saziş yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev TASS-a müsahibəsində deyib.

Baş katib Rusiyanın xarici siyasətinin yenilənmiş konsepsiyası əsasında MDB ölkələrinə hərbi yardımın edilib-edilməyəcəyi ilə bağlı suala belə cavab verib:

“MDB çərçivəsində hərbi yardımın göstərilməsini nəzərdə tutan heç bir müqavilə və ya saziş yoxdur. Belə sazişlər KTMT, Rusiya-Belarus İttifaq Dövləti çərçivəsində var. Amma tərəflərdən birinin digər MDB üzvlərinə müraciət edəcəyi təqdirdə, əminəm ki, bu cür yardım göstəriləcək”.

Lebedev “MDB ölkələrində ABŞ və ya Qərb dövlətlərinin biolaboratoriyalarının fəaliyyəti” ilə bağlı sualı da cavablandırıb:

“Bu mövzu bütün MDB ölkələri ilə müzakirə olunur. Dəfələrlə, ilk növbədə, Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi vasitəsilə ekspert məsləhətləşmələrində iştirak etmişəm. Bu mövzunu ilk növbədə Rusiya qaldırır. Əksər MDB ölkələri ilə anlaşma var, bu mövzuda məlumat mübadiləsi aparılır, amma mübadilənin dərəcəsi və dərinliyi fərqlidir, gizlətmirəm. Buna baxmayaraq, bu mövzuda anlaşma və qarşılıqlı əlaqə var”.

Lebedev MDB-nin iclas və görüşlərində baş verən mübahisələrə də toxunub:

“Bunlara mübahisə deməzdim, kifayət qədər canlı və kəskin müzakirələr gedir, bəzilərinin şahidi olmuşam. Dar çərçivədə, dövlət və hökumət başçıları səviyyəsində söhbətlər çox səmimidir. Bir neçə dəfə belə bir ifadə də eşidildi ki, əziz dostlar, qonşular, həqiqətən də belə səmimi, açıq, məxfi söhbətin G20, G7, G8 çərçivəsində baş verdiyini təsəvvür etmək olarmı? Yox, sırf rəsmiyyət var, belə səmimi söhbət alınmır. Burada isə bir ailədə olduğu kimi səmimi söhbət gedir.

Qeyd olundu ki, bir ailədə olduğu kimi açıq və kəskin danışa bilirik. Amma belə qızğın müzakirələrin iştirakçısı kimi mənim üçün ən önəmlisi odur ki, bütün bu kəskinlik müsbət nəticə əldə etməyə yönəlib. Bu müzakirələr həmişə hansısa kompromislərin, iştirak edən tərəflərin maraqlarına uyğun həll yollarının tapılması ilə yekunlaşır. Bu, ən vacib şeydir".

Baş katibi MDB-nin hələ uzun illər yaşayacağını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər