20 Aprel 2023 15:54
2 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) görə, Çin və İran rejimləri Amerikada yaşayan və bu ölkələrdən olan müxalifləri susdurmaq üçün başqa üsullara əl atmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

FTB araşdırmalar zamanı Çin və İranın əvvəllər məlum olmayan yeni taktikalardan istifadə etməyə başladıqlarını bildirib.

Büro rejimlərin dissidentləri izləmək üçün bəzən özəl detektivlərdən istifadə etdiyini üzə çıxarıb. Federal prokurorlar bununla bağlı bir neçə cinayət işi açıblar.

FTB-nin Əks-Kəşfiyyat Xidmətinin rəsmilərindən biri “Röyter”ə deyib: “Taktika və alətlərdə dönüş nöqtəsi gördük, risk və təhlükə səviyyəsi son bir neçə ildə dəyişib”.

Büro bildirir ki, transmilli repressiya sxemlərinin məqsədi çoxşaxəlidir. Bəzən Çin və İran da “pis təsir taktikası” ilə ABŞ-ın siyasi qərarlarına təsir etmək məqsədi güdürlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər