1 Yanvar 2015 20:01
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin cənubi afrikalı həmkarı Ceykob Zuma Yeni il təbriki məktubunda Rusiyanın sədrliyi müddətində BRICS-in dünya arenasına təsirini gücləndirmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Rusiya bu gündən BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) qrupunun sədri olacaq.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, yayda Ufada sürətlə inkişaf edən bu beş ölkənin sammiti keçiriləcək.

Rusiya prezidenti qeyd edib ki, BRICS-dəki sədrliyi müddətində ölkəsi bu birliyin gələcəkdə dünya arenasındakı rolunun yüksəldilməsi istiqamətində çalışmaq niyyətindədir.


Müəllif: