Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyanın ən yüksək rütbəli rəsmilərilə danışıqlar aparmağı təklif edib.
ANS PRESS-in məlumatına görə, Kim Çen İn bunu dövlət televiziyasında yayımlanan Yeni il çıxışı zamanı bəyan edib. O deyib ki, Pxenyanın şərtləri qəbul olunsa, o, hətta Cənubi Koreya prezidenti Park Geun-hye ilə görüşməyə də hazırdır.
Bazar ertəsi Cənubi Koreya ilə bir sıra məsələlər üzrə danışıqları yenidən başlamağa çağırmışdı. "Məsələn, Koreya müharibəsi nəticəsində iki yerə bölünən ailələrin yenidən birləşməsi"- deyən prezident yüksək səviyyəli sammitin baş tutmasında heç bir əngəlin olmadığını əlavə edib.
Xatırladaq ki, 1950-53-cü illər arasında baş verən Koreya münaqişəsindən sonra iki Koreya dövləti arasında müharibə faktiki olaraq davam edir. Münaqişə sülh sazişi ilə deyil, atəşin dayandırılması ilə bitdi.