Türkiyənin ilk elektrikli avtomobili TOGG təkcə milli deyil, həm də dünya brendinə çevriləcək.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Ayasofya məscidində bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Türkiyənin ilk elektrik avtomobili olan TOGG-un tədarüklərinin davam etdirildiyini vurğulayıb.
Türkiyə lideri xatırladıb ki, TOGG markalı avtomobillər Azərbaycan Prezidenti İlham Əliyevə və Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevə təqdim olunub.