Ötən 2014-ci ildə Suriyada 76021 nəfər qətlə yetirilib.
Teleqraf.com-un "BBC"-yə istinadən məlumatına görə, onların yarıdan bir qədər azı dinc sakinlərdir. Bu barədə suriyalı hüquq müdafiəçiləri bildiriblər.
Londonda mənzillənən Suriyada insan haqlarının əməl olunmasına nəzarət təşkilatının bildirdiyinə görə, keçən il münaqişə 33278 mülki şəxsin həyatına son qoyub.
Avqustda BMT-nin açıqladığı sənədə əsasən, Suriyada 2011-ci ilin martında başlayan konfliktdən bu yana 191 min adam həlak olub.