ABŞ-ın “Abrams” tankları yaxın bir neçə həftə ərzində Almaniyaya gələcək və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri bu tanklarda təlim keçəcək.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Ramşteyndə Ukrayna üzrə təmas qrupunun görüşündən sonra deyib.
O qeyd edib ki, təmas qrupunun üzvü olan dövlətlər Ukrayna Silahlı Qüvvələrini 230-dan çox tank, 1,5 mindən çox zirehli texnika və digər hərbi avadanlıqlarla təmin edib.