Rusiya ordusu aprelin 22-də Ukraynanın Donetsk vilayətini atəşə tutub.
Teleqraf.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
O qeyd edib ki, hadisə nəticəsində 1 qadın ölüb, 1 uşaq isə yaralanıb.
Məlumata görə, həmçinin 3 fərdi evə ziyan dəyib.