1 Yanvar 2015 23:55
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində növbəti terror akisyasını törədilməsinə cəhd edilib. Lakin xoşbəxt təsadüf nəticəsində partlayış baş tutmayıb. Belə ki, İstanbulda yerləşən Dolmabahçe sarayının qarşısındakı polis nəzarət məntəqəsinə əl bombası atılıb.

Teleqraf.com-un Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, əl bombası partlamayıb. Polis ona atəş atmağa çalışan basqınçını yaxalayıb.

Ərazidə hərəkət dərhal məhdudlaşdırılıb. Polis əraziyə atılmış iki əl bombasını zərərsizləşdirib.

İstanbul Polis İdarəsindən verilən açıqlamada saxlanılan şəxsdən bir uzun namlı silah və bir tapança tapıldığı bildirilib. Polisin açıqlamasında basqınçının terror təşkilatının üzvü olduğu bildirilib.


Müəllif:

Oxşar xəbərlər