“Münaqişənin dayandırılması üçün şərait yaradılmayana qədər nə Rusiyaya, nə də Ukraynaya getməyəcəm”
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasiu Lula da Silva Portuqaliyada keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, danışıqlar masası arxasında Ukraynada sülhü müzakirə edəcək ölkələr qrupu yaratmaq lazımdır.
O, hamını sülhə nail olmaq üçün şərait yaranana qədər nə Rusiyaya, nə də Ukraynaya getməyəcəyinə inandırıb.
Qeyd edək ki, bir müddət əvvəl Braziliya prezidenti beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selso Amorimə Ukraynaya getməyi tapşırmışdı.