"Müttəfiqlərin Ukraynaya göstərdiyi yardım kifayət deyil və Kiyevin bundan 10 dəfə artığına ehtiyacı var"
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik sosial şəbəkə hesabında yazıb.
O, Ukraynaya hərbi yardıma görə müttəfiqlərinə minnətdar olduğunu bildirib.
“Lakin bu kifayət deyil. Bu il Rusiya təcavüzünə son qoymaq üçün Ukraynaya 10 dəfədən daha artıq kömək lazımdır. Buna görə də biz tərəfdaşlarımızı bütün süni qırmızı xətləri keçməyə və Ukraynaya hərbi təchizat üçün ÜDM-in 1%-ni ayırmağa çağırırıq”, - deyə xarici işlər nazirinin müavini bildirib.