Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə növbəti, 11-ci sanksiyalar paketi çərçivəsində bir sıra malların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını təklif etmək niyyətindədir.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ilk növbədə məhdudiyyətlər yüksək texnologiyalı malların geniş çeşidinə və ekspertlərin fikrincə, Rusiyanın Ukrayna münaqişəsində istifadə edə biləcəyi bəzi nəqliyyat vasitələrinə şamil ediləcək.
Bundan əlavə, paketə həmçinin 30-a yaxın yeni vəzifənin və bir sıra Rusiya təşkilat və şirkətlərinə əlavə məhdudiyyətlərin daxil ediləcəyi gözlənilir.
Bildirilir ki, “Rosatom” dövlət korporasiyası yəqin ki, bu sanksiya siyahısına daxil edilməyəcək.