"Ən-Nüsra Cəbhəsi" ekstremist qruplaşmasının döyüşçüləri Suriyanın ikinci böyük şəhəri olan Hələbdə yaşayış məhəllələrini atəşə tutub.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, 4 minemyot mərmisi Cdeydədə bazar meydanında partlayıb. Qeyd edək ki, bu meydan Suriya ordusunun nəzarətindədir.
Partlayış nəticəsində 13 nəfər həlak olub. Onların əksəriyyəti qadın və uşaqlardır. Hadisə zamanı yaralanan 18 nəfər isə xəstəxanaya yerləşdirilib.
Nihad