Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnikin Kiyevə hərbi yardımı 10 dəfə artırmaq xahişinə cavab verib.
Teleqraf.com xəbər verir ki, Zaxarova bu barədə öz teleqram kanalında yazıb.
O, Ukraynanın tərəfdaşlarını bütün "qırmızı xətləri" keçməyə çağıran Melnikin bəyanatının məzmununu xatırlaraq, "... və alt paltarını çıxar" deyə yazaraq, smaylik də əlavə edib.
Qeyd edək ki, bu gün Andrey Melnik Kiyevə hərbi yardımın on dəfə artırılmalı olduğunu bildirib.