2014-ci ildə İraqda 4 583 nəfər qaçırılıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, İraq İnsan Haqqları Komissarlığının təmsilçisi Fadıl əl-Garravi yazılı açıqlamasında ölkədə bir il boyunca xeyli insanın fidyə və satış məqsədiylə qaçırıldığını bildirib: "Komissarlıq 2014-ci il ərzində aralarında qadın və uşaqların da olduğu 4 583 qaçırma hadisəsinin yaşandığını müəyyən edib".
Garravi İraqda artan qaçırılma hadisələrini kədərlə izlədiklərini deyib. O, İŞİD terror təşkilatının də aralarında qadın və uşaqların olduğu xeyli adamı qaçırdığı, təcavüz etdiyi, daxildə və xaricdə satışa çıxardığını bildirib.
Garravi koalisiya gücləriylə əməkdaşlıq edilməklə İŞİD terror təşkilatının əlində olan kürd və müsəlman qadınların xilas edilməsi üçün hərəkətə keçilməsinin lazım olduğunu bildirib: "Həmçinin IŞİD-dən azad edilənlər üçün psixoloji dəstək proqramları hazırlanmalıdır. Eyni zamanda terror təşkilatından xilas olan qadınlara 10 milyon İraq dinarı hədiyyə edilməlidir".
Nihad