23 Aprel 2023 19:42
4 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük ehtimalla Rusiya ordusunun komandanlığı Vladimir Putini müdafiəyə keçməyə inandırmağa çalışır. Generallar Ukrayna Silahlı Qüvvələrinin hazırlaşdığı əks-hücum təhlükəsindən xəbərdardırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

ISW-nin iddiasına görə, Rusiya Müdafiə Nazirliyi mövcud cəbhə xəttini müdafiə etmək üçün yeni çağırışçılardan 400 min personal ayırıb.

Eyni zamanda, Rusiya ordusunun Krımdakı mövqelərini qorumaq üçün yeni qüvvələr cəlb olunub. Amerikalı analitiklər hesab edirlər ki, Rusiya Ukraynanın əks-hücumunun kulminasiya nöqtəsindən sonra bəzi mövqeləri saxlamaq üçün ehtiyat resurslar hazırlamağı planlaşdırır.

“Çox güman ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi, general Valeri Gerasimov Ukrayna Silahlı Qüvvələrinin əks-hücum təhlükəsini başa düşürlər. Amma əməliyyatlarda uğur gətirməyən personaldan (yeni çağırışçılar) istifadə etməyə davam edirlər”, - təhlildə bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər